Azərbaycanda yeni porno fırıldağı

24.03.2018 - 14:29

Azərbaycanda smartfon istifadəçiləri bəzi saytlara daxil olarkən fırıldaqçılıqla qarşılaşırlar. Belə ki, istifadəçilərə Daxili İşlər Nazirliyi adından xəbərdarlıq gəlir.

Oxu.Az-ın məlumatına görə, guya DİN-nin adından gələn xəbərdarlıqda bildirilir ki, istifadəçinin xətti pedofiliya elementləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara dəfələrlə girdiyi üçün blok olunur.

Qeyd edilir ki, bloku ləğv etmək üçün istifadəçi göstərilən nömrəyə 120 manat cərimə ödəməlidir.

“Cərimə ödənildikdən sonra blok avtomatik açılacaq. Cərimənin ödənilməsindən imtina etdiyiniz və ya cəriməni ödəmədən bloklanmanı açmağa cəhd etdiyiniz halda, həbs olunmağınız üçün yaşayış yerinizə dərhal istintaq əməliyyat qrupu göndəriləcək”, – deyə xəbərdarlıqda bildirilir.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyi pornoqrafik materialların yer aldığı saytlara girişi qadağan etmir, sadəcə azyaşlıların pornoqrafik görüntülərinin çəkilməsi, yayılması, izlənilməsi cinayət məsuliyyətinə səbəb olur.

Short URL: http://www.cumhuriyyet.net/?p=116021

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31