Divizionda oyun alveri: Könüllü uduzanlar var

31.03.2018 - 14:40

Ölkə çempionatının I divizion son turlarının 5 qarşılaşması AFFA-nın yaratdığı xüsusi komissiyanın diqqət mərkəzindədi.

Cumhuriyyet.net“sportinfo”ya istinadən xəbər verir ki, “Sabah” – “Binə” (5:0), “Xəzər” – “Mil-Muğan” (5:0), MOİK – “Qaradağ Lökbatan” (1:2), “Ağsu” – “Zaqatala” (0:1) və “Turan Tovuz” – “Şüvəlan” (1:0) matçları ciddi müzakirə obyektidi.

 

AFFA-ya bu matçlarla bağlı UEFA-dan siqnallar gəlib. İlk 2 oyunun bolqollu olacağına böyük pul qoyuluşları edilibsə, digər görüşlərdə konkret olaraq komandalardan birinin qələbəsi “fərqləndirilib”.

 

Amma başqa şübhəli oyunlar da var. Bu baxımdan yenə “Turan Tovuz”la “Ağsu” seçilir. Tovuzluların 18-ci turda evdə “Zaqatala”ya 0:1, daha öncə MOİK-ə 1:2 uduzduğu oyunlar şübhəlidi. Əsgər Abdullayevin yetirmələrinin güclü rəqibləri hətta səfərdə udduğu halda evdə gözlənilməz məğlubiyyətlər alması təsadüfi deyil. Bildiyimizə görə, Tovuzdakı matçda hətta “Zaqatala” futbolçuları özləri şokda imiş. Onlar rəqibin sanki bilərəkdən uduzmaq istəməsini aşkar hiss ediblər.

 

Rəqibləri ala, onlarla razılaşa bilmədikdə komandaların futbolçularının öz məğlubiyyətlərinə pul qoyub buna nail olması təzə xəbər deyil. Bu baxımdan “Ağsu” da “ixtisaslaşıb”. Rüfət Quliyevin yetirmələrinin məğlubiyyətlərinin çoxunu evində alması nağıl deyil. Qışdan sonra 16, 19 və 21-ci turlarda alınan ev yenilgilərindən biri xüsusilə maraqlıdı. Və yenə də bundan faydalanan könüllü təslim olan rəqibin qarşısındakı “Zaqatala” olub.

 

AFFA bu oyunlara da diqqət yetirsə, pis olmaz. Divizionda oyunlar əsasən, komandaların könüllü məğlubiyyəti ilə əlamətdar olur. Bu baxımdan “Turan Tovuz” və “Ağsu”nun zaqatalalılara tək qollu məğlubiyyətlərinə diqqət edilməlidi. İkinci matç yuxarıda qeyd etdiyimiz siyahıda var, lakin Tovuzdakı görüş də ora əlavə olunmalıdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=116585

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31