Jurnalistlər mollaya araq içirdib çılpaq videolarını internetdə yaydılar
Qazaxıstanda Kənd mollası onun xoşagəlməz vəziyyətə düşməsinə səbəb olmuş jurnalistlərə qarşı məhkəmə prosesini udub. Moderator.az yazır ki, “Fərqanə” nəşrinin verdiyi xəbərə görə, din xadiminin iddiası əsasında”Temіrkazık-oy “ (“Yolgöstərən düşüncə”) ictimai-siyasi qəzetinin baş redaktoru və təsisçisi Anarkul Suleyeva yalan məlumat yaydığına və şəxsi həyatın toxunulmazlığı qaydalarını pozduğuna görə şərti olaraq 2,5 il azadlıqdan məhrum edilib.
Müvafiq qərar Cənubi Qazaxıstan vilayəti Çimkent şəhərinin Əl-Farabi rayon məhkəməsi tərəfindən verilib. A.Suleyeva ilə birlikdə jurnalistlər: Abdraman Turmaqanbetov, Bagila Kadırbayeva və Habidin Rahmanberdiev də mühakimə edilib. Məhkəmə onlar haqqında da analoji hökmlər çıxarıb.
Dələduzluqla bağlı cəza çəkən B.Kadırbayeva istisna olmaqla digər jurnalistlər məhkəmə salonundan sərbəst buraxılıb. İstintaqın versiyasına görə, jurnalistlər 2017-ci ildə kənd mollasını qaçıraraq ona zorla alkoqollu içki içirdiblər. Sonra isə din xadimini soyunduraraq çılpaq video-görüntülərini İnternetdə yayıblar. Qapalı keçirilmiş məhkəmə iclasında jurnalistlərə yalnız qaçırılma maddəsi üzrə bəraət verilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=121363