Bakıda kamera önündə törədilən bu cinayətin arxasında kim durur? – 8 aydır … – FOTOFAKT

25.07.2018 - 13:23

2017-ci il noyabrın 9-u təxminən axşam saat 7-8 radələrində Bakının Mehdiabad qəsəbəsi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdi.

Sözügedən tarixdə qəsəbənin “Gənclər Şəhərciyi” ərazisində maşınların hərəkət istiqamətində yolun kənarı ilə irəliləyən 32 yaşlı Şükürov Rəşad Zahir oğlunu idarə etdiyi avtomobillə vuran sürücü hələ də ortalıqda yoxdur.

Hadisədən sonra qəzanın törədildiyi ərazinin mübahisəli “zona” olduğunu bildirən Binəqədi və Abşeron rayon polis idarələri istintaq prosesində maraqlı olmadıqlarını göstərdilər. Hər iki idarənin əməkdaşları asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə birbaşa məsuliyyət daşıdıqlarını, sanki, unutdular.

Öncə Binəqədi Rayon Polis İdarəsi qəzanı araşdırmağa razılıq versə də, üzərindən bir aydan çox keçməsinə baxmayaraq “ərazi bizə aid deyil” bəhanəsi ilə istintaqı yarıda saxladı.

Abşeron Rayon Polis İdarəsi hər dəfə cinayət hadisəsini araşdırmaq üçün işə başladıqlarını zərərçəkənin ailə üzvlərinə bildiriblər.

Artıq 2018-ci ilin iyul ayıdır! İt də getdi, ip də getdi?

Məsələnin nə yerdə olduğunu öyrənmək üçün dəfələrlə sözügedən polis idarəsinin müstəntiqi Fuad bəylə əlaqə saxlamağa çalışsaq da cəhdimiz uğursuz alındı – “Telefon ya söndürülüb, ya da şəbəkə xidməti xaricindədir”.

Rəşad Şükürovun anası Aybəniz Şükürova oğlunun qatilinin gizlədildiyindən narahatdır. O, Milli.Az-a açıqlamasında Abşeron Rayon Polis İdarəsinin oğlunu yarıcan edən şəxsin axtarışında passivlik göstərdiyini, o vaxtdan bu yana hər hansı bir xəbər ala bilmədiklərini bildirib. Ana hətta oğlunu vuran avtomobilin görüntülərinin polis əməkdaşlarında olduğu da sözlərinə əlavə edib.

Qeyd edək ki, qəza sonrası 1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) Şükürov Rəşada qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sol körpücük sümüyünün sınığı, sağ saidin hər iki sümüyünün sınığı, L2 (II bel fəqərəsi) tin çıxıntısının sınığı, sol sirkə kasasının sınığı diaqnozu qoyulmuşdu. Ağır əməliyyatdan sonra ailəsinin qazanc ümidi olan Rəşadın vəziyyəti qəanətbəxş qiymətləndirilir.

Əlavə edək ki, qəzanın baş verdiyi ərazi yaxınlığında DYP-nin quraşdırdığı 3 kamera və digər təhlükəsizlik kameralarına rast gəlinib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=121517

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031