Azərbaycanda çayda boğulan iki gəncin – DƏHŞƏTLİ GÖRÜNTÜSÜ (18+)

28.08.2018 - 14:06

Azərbaycanda çayda boğulan iki gəncin videosu yayılıb.

Cumhuriyyet.net Unikal.org-a istinadən xəbər verir ki, videoda Lerik rayonunun Qələbin kənd sakini Qabil Şalıyevun və Veri kənd sakini Xanbəy Sultanovun Qələbin kəndi ərazisindəki “Hacı şəlaləsi” adlandırılan çayda çimərkən suda necə boğulması əks olunub.

Belə ki, gənclərdən biri çayda üzərkən boğulmağa başlayır. Həmin vaxt ətrafda onu telefonla çəkən dostları onun boğulduğunu görüb qışqırırlar.

Bu zaman digər bir gənc onu sudan çıxarmaq üçün çaya girəndə o da boğularaq həyatını itirir.

Sonradan hadisə yerinə FHN xilasediciləri gəlsə də, gec olur. Xilasedicilər hər iki gəncin cəsədini sudan çıxarırlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=121961

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930