İsmayıllı Rayon İcra Hakimiyyətinə 2,5 milyon manat ayrılıb
Prezident İlham Əliyev İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Cumhuriyyet.net-in məlumatına görə, İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri, zəruri avadanlıq və inventarla təchizatı məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 2,5 milyon manat ayrılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=122557