Cəfər Cəfərov prorektorun zülmünə susur

09.01.2019 - 11:54

Xeyli vaxtdır ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektorunun adı Qarabağ veteranının torpağını zəbt etməkdə hallanır.

Cahan.info-nun yaydığı məlumata görə, əksər mətbuat səhifələrində Qərib Əliquliyevun üzləşdiyi haqsızlıqdan məqalələr dərc olunur.

Q.Əliquliyev prorektor Məlikməmməd Cəbrayılovu ittiham edir. Amma media lentlərini adı bəzəyən prorektorun məsələsinə nə ADPU, nə rektor Cəfər Cəfərov reaksiya verir. Bu da Qarabağ qazisinin dolayısı ilə haqlı olduğunu təsdiqləyir.

Amma əfsus ki, torpaqlar uğrunda döyüşən birinin torpağını əlindən alan prorektor Ali Məhkəməni də öz maraqlarına alət etməyi bacarıb və rektor C.Cəfərov məsələyə göz yumur.

Məktubda bildirir ki, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 18 sot torpaq sahəsi 1994-cü ildən etibarən qanuni olaraq Q.Əliquliyevə məxsus olub: 

Sitat: “Səbail Rayon İcra Hakimiyyəti tərəfindən mənə və qohumlarım – Mehman Mahmudova və Tale Əşrəfova ümumilikdə 18 sot (hər birinə 6 sot) torpaq sahəsi verilib.

Həmin torpaq sahəsinin cizgi planı Səbail rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılıb və memar tərəfindən imzalanıb.

Biz torpaq sahələrimizə çıxarış almaq məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə müraciət etdikdə, Rəna Cəbrayılovanın həmin torpaq sahələrinə saxta bələdiyyə sənədi əsasında çıxarış almaq istədiyini öyrənmişik. Bizə buna görə çıxarış verilməyib.

Hansı ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən alnmış sənədlərdən görünür ki, sonuncunun bələdiyyə sənədlərinin kökü arxiv məlumatlarında yoxdur”.

Q.Əliquliyev qeyd edib ki, Rəna Cəbrayılova saxta sənədlərlə torpağımızı əlimizdən almaq istəyir:“Onun əri Məlikməmməd Cəbrayılov hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində tədris işləri üzrə prorektordur.

Cəbrayılov vəzifəsindən sui-istifadə edərək bütün instansiya məhkəmələrə, hüquq-mühafizə orqanlarına təzyiq göstərir, onların doğru qərar verməsinə maneçilik yaradır.

O, həmçinin himayədarlarına arxalanaraq məni xəstəliklə öldürərək torpağıma yiyələnmək istəyir”.

Cahan.info xəbər verir ki, rektor C.Cəfərov islahatçı, təmiz işləyən kadr kimi xarakterizə olunur. Onun ADPU-da fəaliyyətinin kifayət qədər müsbət nəticə verdiyi, neqativ halları aradan qaldırdığı söylənir.

Amma tabeliyində olan prorektorun Qarabağ veteranına etdiyi zülmə göz yumur, məsələnin yoluna qoyulması üçün addım atmır, ali məktəbin mətbuat xidməti açıqlama yaymır.

Q.Əliquliyev daha sonra yazır ki, prorektor M.Cəbrayılov öz havadarlarının köməyi ilə Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr tarixində xeyrimə verdiyi qərarı ləğv etdirmək üçün bütün qanunsuz yollara əl atıb.

Sitat: “Mən müharibə veteranıyam, ölkəm üçün sağlamlığımdan ona görə keçməmişəm ki, kimsə mənim qanuni torpağımı əlimdən alsın. Əgər ədalət bərpa olunmasa, özümü Prezident Administrasiyasının qarşısında diri-diri yandıracam”.

Özünü yandıracağını bəyan edən qazinin probleminə heykəl kimi donmuş reaksiya verən ADPU-nun bu davranışı anlaşılmazdır.

Vaxtilə özünü yandıran qaziyə görə hansı mərəkə qopduğu yaddaşlardan silinməyib. Deyəsən, C.Cəfərovun prorektoru növbəti tükürpədici olayın baş verməsinə zəmin yetişdirir. Bunun hansı fəsadlar verəcəyini, nəticəsinin necə olacağını, dövlətlə vətəndaş arasında körpüləri yandırdıqlarını hesablamırlar.

Çox yaxşı olar ki, məsələyə rektor qarışsın, prorektora vəziyyəti izah eləsin, mətbuatın gündəmindən bu məsələ çıxsın, tərəflər arasında bir razılıq əldə olunsun.

Q.Əliquliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya da müraciət ünvanlayaraq kömək istəyib: “Rəna Cəbrayılovanın iddia etdiyi Bələdiyyə torpaqlarının sənədlərinin kökü Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində qeydiyyatda olmadığından, həmçinin mənim mülkiyyət hüquqlarımı təsdiq edən bütün sənədlərimin olması səbəbindən, məhkəmələrə ədalətli qərar çıxarılması üçün göstəriş verməyinizixahiş edirəm”.

Bəzi media orqanları isə yazırlar ki, prezidentin sərəncamı ilə 23 iyun 2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru vəzifəsinə təyin olunan Cəfər Cəfərova həmin dönəmdə sözügedən təhsil ocağının kollektivi böyük ümid bəsləyirdi.

Onlar ADPU-da illərdir mövcud oilan çoxsaylı problemlərin nəhayət ki, aradan qalxacağını güman edirdilər.

Amma son iki il ərzində universitetdə baş verən neqativ proseslər və ADPU-nun nüfuzunun günbəgün aşağı düşməsi belə deməyə əsas verir ki, C.Cəfərov bu iki il ərzində prezidentin və kollektivin etimadını doğrulda bilməyib.

Hətta belə iddialar səslənirdi ki, ADPU rektorunun “nurçular”la əlaqədə olduğu da vurğulanır. Bildirilir ki, C.Cəfərov Turizm İnstitunda işlədiyi müddətdə “Qafqaz” Universitetinin keçmiş rektoru Əhməd Sanic (“nurçu”) ilə yaxınlıq edib və həmin universitetin bütün tədbirlərində iştirak edib.

Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126254

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930