BANK SAHİBİNİN OĞLU QƏZA TÖRƏTDİ – AA nişanlı maşın dərəyə aşdı (FOTO)

29.01.2019 - 22:35

Magistral yolda 3 avtomobil toqquşub. “Qafqazinfo”nun məlumatına görə, Bakı-Quba yolunun Abşeron rayonuna düşən hissəsində 3 avtomobil toqquşub. Magistral yolda “Mercedes” markalı 10 AA 730 , “Mercedes” markalı 99 NL 847 və “Hundai” markalı 90 VJ 997 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Hadisə zamanı “Mercedes” idarəetməni itirərək dərəyə aşıb. Sürücü yüngül xəsarət alıb.

Hadisə yerinə Baş DYPŞ-nin əməkdaşları cəlb olunub. Qəzanın dəqiq səbəbləri araşdırılır. загружено“AzPolitika.info” dəqiqləşdirib ki, qəzaya düşən avtomobillərdən birinin – “Mercedes” markalı 10 AA 730 dövlət nömrə nişanlı bahalı avtomobilin sükanı arxasında tanınmış iş adamının, “Bank Respublika” ASC-nin prezidenti Natiq Quliyevin oğlu Saday Quliyev olub. Onun yüngül xəsarət aldığı, hadisənin də məhz bank sahibinin oğlunun günahı ucbatından baş verdiyi bildirilir.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=126585

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930