Balaca gimnast Mina Abbasovanın bir ayda ikinci böyük qələbəsi

28.02.2019 - 10:06

Balaca gimnastımız Mina Abbasova yenə də Beynəlxalq turnirin qalibi oldu

Fevral ayının 23-ü və 24-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Bədii Gimnastika Federasiyasının dəstəyi ilə bədii gimnastika üzrə “Beynəlxalq Budapeşt Star – 2019” yarışması keçirilib. Macarıstanla yanaşı, Polşa, Ukrayna, Çexiya, Slovakiya, Almaniya, Latviya, Belçika, İsrail, Xorvatiya və Rusiyanın çoxsaylı klublarının mübarizə apardığı turnirdə Azərbaycanı yenə də həmyerlimiz – 8 yaslı gimnast Mina Abbasova təmsil edib. O, 2010-cu il təvəllüdlü gimnastlar arasında fərdi yarışlarda fərqlənərək, 2-ci yerə layiq görülüb və gümüş medal qazanıb.

Balaca gimnastımız bundan öncə fevralın 8-10-da Polşanın Sosnoviç şəhərində keçirilən “Beynəlxalq Sosnoviç Qış Kuboku – 2019” yarışmasının qızıl medalına sahib olmuşdu. Beləliklə bu, fevral ayında Mina Abbasovanın qazandığı ikinci böyük qələbəsi oldu.

Qeyd edək ki, 200-ə yaxın iştirakçının qatıldığı budəfəki yarışda Mina Abbasova 2 qat Asiya çempionu, Rusiya və Özbəkistanın Beynəlxalq səviyyəli idman ustası Elezaveta Nazarenkadan ustad dərsləri də alıb. Ustad məşqçi Minanın imkanlarının çox böyük olduğunu xüsusi olaraq vurğulayıb.

Balaca gimnastın ən böyük arzusu doğma Azərbaycanı Dünya və Olimpiya çempionatlarında təmsil etmək və bayrağımızı zirvələrə qaldırmaqdır!

İl balaca çempionumuz üçün uğurlu gəlib, uğurların daha da bol olsun, Mina!

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127149

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930