FHN-dən BNA-ya cavab: “Məlumatı təkzib etmək lüzumsuzdur”

21.03.2019 - 23:52

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda sərnişin avtobusunda qeydə alınan yanğın hadisəsinin Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən təkzib edilməsinə münasibət bildirib. Cumhuriyyet.az xəbər verir ki, FHN-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı “Report”a açıqlamasında deyib ki, sərnişin avtobusunda yanğın hadisəsinin qeydə alınması dəqiqdir: “FHN-nin saytında dərc olunan operativ məlumatları təsdiq və ya təkzib etməyi lüzumsuz görürəm. Ona görə ki, dərc olunan bütün informasiyalar konkret olaraq reallığı tam şəkildə əks etdirir. FHN-in saytında yayımlanan məlumatları dəqiqləşdirmək lüzumsuzdur”.
Qeyd edək ki, FHN səhər saatlarında Bakıda “İveco” markalı sərnişin avtobusunun mühərrik hissəsinin yanması və yanğının söndürüldüyü barədə məlumat yayıb. BNA isə paytaxtda sərnişin avtobusunun yanması barədə xəbəri təkzib edib. Bildirib ki, martın 21-də “BakuBus” MMC-yə aid iki sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş versə də, hər hansı yanğın hadisəsi qeydə alınmayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127429

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930