Türkmənlər çıxılmaz durumda: Azərbaycanlılar köməyə gəldi

23.03.2019 - 07:34

İranın Türkmənsəhra bölgəsinin bir çox şəhərlərində meydana gələn sel həyatı iflic edib. Axar.az xəbər verir ki, təbii fəlakət Günbedkavus, Akkale, Qaimşehr kimi şəhərlərdə yüzlərlə evi dağıdıb, infrastrukturu tamamilə məhv edib.

Akkale şəhərinin isə ümumiyyətlə yarısının və 10 kəndinin tamamilə sular altında qaldığı deyilir. Sel fəlakəti zamanı hər hansı ölüm faktının qeydə alınmadığı bildirilsə də, 23 min sakinin çıxılmaz vəziyyətdə qaldığı məlum olub. Belə ki, Novruz bayramından dolayı rəsmi olaraq 5 günlük tətil (20-24 mart) elan edilməsi səbəbindən xilasedicilərin tam qüvvə ilə işləməməsi fəsadların aradan qaldırılması işlərini ləngidir. Bu da haqlı olaraq seldən əziyyət çəkən əhalidə ciddi narazılıq yaradır.

Məlumata görə, Təbriz, Ərdəbil, Tehran və s. şəhərlərdən olan azərbaycanlılar fəlakətdən əziyyət çəkən türkmənlərin yardımına gəlib, onlara içməli su paylayıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=127461

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728