Bu vaxta qədər ölkədə baş vermiş ən böyük yanğınlar – Siyahı

28.03.2019 - 01:37

Xəbər verdiyimiz kimi dünən Bakının 8-ci kilometr bazarı yaxınlığında yerləşən Diqlas Ticarət Mərkəzi yanıb. Məlumata görə, ticarət mərkəzində 1000-ə yaxın obyekt olub. Yanğın zamanı insan tələfatı olmasa da sahibkarlara ciddi ziyan dəyib. Azərbaycanda vaxtaşırı belə böyük yanğınlar meydana gəlib.
Cumhuriyyet.az Qaynarinfo.az-a istinadən bu vaxta qədər ölkə miqyasında baş vermiş dəhşətli yanğınlardan bəziləri haqda məlumatı təqdim edir:
1. 1995-ci il 28 oktyabr: Bakı metrosunda yanğın – 289 nəfər ölüb, 270 nəfər yaralanıb
Hadisə “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində baş verib. Ölənlərdən 28-i uşaq, 3ü isə xilasedici olub. Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilmişdi. Əvvəlcə hadisənin terror olması ehtimal edilsə də, lakin terror əməli aşkarlanmayıb və texniki qəza kimi qiymətləndirilib. Bu səbəbdən ölkədə 3 gün matəm elan edilib. Hadisə zamanı sərnişinlərdən biri olan Çingiz Babayev digər sərnişinləri xilas etdiyinə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
2. 2015-ci il 19 may: Bakı şəhərinin Binəqədi rayonunda Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında yanğın – 15 nəfər ölüb, 64 nəfər yaralanıb
Hadisə səhər saatlarında (10:30) baş verib. Yanğının böyükmiqyaslı olmasına səbəb kimi binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilib. Hadisə nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət məcəlləsinin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi açılıb.
3. 2015-ci il 4 dekabr: Günəşli neft yatağında yanğın – 9 nəfər ölüb, 63 nəfər yaralanıb
Hadisəyə ilkin səbəb olaraq o göstərilir ki, saat 17ː40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb, nəticədə boru kəməri zədələnib və şiddətli yanğın baş verib.
4. 2018-ci il 2 mart: Respublika Narkoloji Dispanserinda yanğın – 25 nəfər ölüb
Yanğın saat 06.10-da beş korpusdan ibarət Respublika Narkoloji Mərkəzinin birinci korpusunda baş verib. Hadisə nəticəsində Narkoloji Dispanserdə müalicə alan 25 xəstə həyatını itirib.
5. 2018-ci il 3 iyul: Azərbaycan İES-də yanğın – ölkənin böyük hissəsi 2 gün işıqsız qalıb
Mingəçevirdə ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES-in 6-cı enerji blokunda partlayış baş verib və yanğın hadisəsi olub. Partlayış nəticəsində ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb. Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127692

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2019
BE ÇA Ç CA C Ş B
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930