İranda toyda saxta alkoqollu içkidən 45 nəfər zəhərlənib, 1 nəfər ölüb

05.05.2019 - 23:16

İranın Qərbi Azərbaycan əyalətinin Poldəşt şəhərində keçirilən toy mərasimində saxta alkoqollu içkilərdən 45 nəfər zəhərlənib, 1 nəfər ölüb. ONA xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin rəisi Bağır Bəhrami açıqlama verib.
O bildirib ki, mayın 2-də Poldəştin Araz şəhərciyində keçirilən toy mərasimində saxta spirtli içkidən zəhərlənənlərin sayı 45 nəfərə çatıb: “Zəhərlənənlərdən 33-ü ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb, 11 nəfər hazırda Maku xəstəxanasının reanimasiya şöbəsində həkim nəzarəti altında saxlanılır, 1-i isə həyatını itirib”.
Bağır Bəhrami həmçinin bildirib ki, zəhərlənmədən sonra xəstəxanaya müraciət edənlərdə görmə qabiliyyətinin zəifləməsi, baş ağrısı və başgicələnmə əlamətləri müşahidə olunub. O, zəhərlənənlərin əksəriyyətinin 25-30 yaş arası gənclər olduğunu vurğulayıb.
Qeyd edək ki, son aylarda İranın daha bir neçə şəhərində , o cümlədən də Meşkinşəhr, Əhər və Bukan şəhərlərində yüzlərlə insan saxta alkoqullu içkilərdən zəhərlənib, bir neçə nəfər isə həyatını itirib. 2018-ci ilin oktyabr ayında isə İranın 8 əyalətində saxta alkoqollu içikilərdən 1000-dən çox insanın zəhərlənməsi barədə məlumat yayılıb.
Xatırladaq ki, İranda alkoqollu içkilərin istehsalı və satışı qadağandır.

Short URL: http://www.cumhuriyyet.net/?p=128008

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728