Terroristlər Azərbaycana aid neft maşınını partlatdı — VİDEO

17.05.2019 - 12:18

Türkiyədən yanacaq daşıyan Azərbaycana məxsus yük maşını Naxçıvan Muxtar Respublikası arasında yerləşən Dilucu Gömrük Məntəqəsinin dayanacağında partladılıb.
Demokrat.az xəbər verir ki, hadisə nəticəsində bir gömrük əməkdaşı xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Tankerdə baş verən partlayış zamanı sürücü hadisə yerində olmayıb.
Türkiyə KİV-nin yaydığı məlumatda bildirilir ki, yanğın İran tərəfindən Türkiyə Dilucu Gömrük dayanacağına terrorçuların açdığı atəş nəticəsində baş verib. Belə ki, Naxçıvana keçmək üçün növbə gözləyən Azərbaycan dövlət nömrə nişanlı neft daşıyan yük maşınına atəş açılıb. Türkiyənin bəzi informasiya agentlikləri yük maşının maye qaz daşıdığı haqqında məlumat yayırlar. Nəticədə yük maşını tamamilə yanaraq yararsız hala düşüb.
Hadisə yerinə hərbçilər, yanğın söndürən və təcili yardım briqadası cəlb edilib. Baş verən yanğınla bağlı ətraflı açıqlama verilmir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128301

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2019
BE ÇA Ç CA C Ş B
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930