Rusiyada həbs olunan Fuad Abbasov harada saxlanılır?

20.05.2019 - 00:28

Rusiyada jurnalist və bloger kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı Fuad Abbasov mayın 16-da saxlanılıb. ONA.az-ın məlumatına görə, bu barədə F. Abbasovun vəkili Elman Paşayev məlumat verib.
Vəkil bildirib ki, Moskva şəhər Məhkəməsi Federal Təhlükəsizlik Xidmətinin iddiası əsasında Fuad Abbasovun Rusiyada müvəqqəti yaşamaq üçün olan icazəsini ləğv edib: “Fuadın Rusiyada yaşamaq barədə icazəsinin ləğv edilməsindən xəbəri olmayıb. Mayın 16-da o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb”.
Vəkil Fuad Abbasovun hal hazırda Moskva vilayətinin Korolyova şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində olduğunu söyləyib: “Fuad izolyatorda deyil, miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılır. Özü ilə danışmışam. Vəziyyəti yaxşıdır. Onun tez bir zamanda oradan çıxarılması və Azərbaycana göndərilməsi ilə məşğuluq”

Short URL: http://www.cumhuriyyet.net/?p=128365

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728