Ramiz Rzayevin xəbərdarlığına məhəl qoyulmadı: Çovdarovun məhkəməsi qapalı oldu

30.05.2019 - 12:24

MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN zabitləri Akif Əliyev və Orxan Osmanov yenidən müttəhimlər kürsüsünə çıxarılıblar. Onlar aldıqları cəzadan kassasiya şikayəti veriblər.
Musavat.com xəbər verir ki, şikayətə Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə baxılıb. Məhkəmə prosesinə təqsirləndirilən şəxslər gətirilməyib. Hakim qərar verib ki, məhkəmə iclası qapalı keçirilsin və jurnalistlər məhkəmə zalından çıxarılsın. Amma hakim Ali Məhkəmənin sədri Ramiz Rzayevin “proseslər qapalı keçirilə bilməz” xəbərdarlığına məhəl qoymayıb. Bundan əlavə, Ali Məhkəmə prosessual hüquq normalarının pozulub-pozulmaması məsələsini araşdırır və işə mahiyyəti üzrə baxmırdı. Ən azı buna görə də proses qapalı keçirilə bilməzdi.
Cinayət işinin həcmi böyük olduğu və hakim materiallarla tam tanış olmadığı üçün proses təxirə salınıb. Məhkəmə iyunun 27-də davam etdiriləcək.
Xatırladaq ki, 2015-ci ildə həbs ediləm A.Çovdarov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128714

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930