Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Gürcüstanda saxlanılıb

18.06.2019 - 00:03

Gürcüstanda Azərbaycan vətəndaşı Avtandil Məmmədov saxlanılıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, A.Məmmədov Azərbaycan tərəfindən “İnterpol”un “qırmızı xətti” ilə axtarışa verilib. Saxlanılan şəxs Azərbaycanda dələduzluqda ittiham olunur. A.Məmmədov bu gün Marneuli rayonunun Rustaveli küçəsində saxlanılıb.
Məlumatda qeyd olunub ki, A.Məmmədov 2017-ci ildə Gürcüstanda sığınacaq almaqla bağlı müraciət edib, lakin onun müracəti təmin olunmayıb. A.Məmmədov bu qərardan məhkəməyə şikayət edib və hazırda iş üzrə məhkəmə prosesi davam edir.
Qanunvericiliyə əsasən, məhkəmə prosesi başa çatmayana qədər A.Məmmədovun Gürcüstandan Azərbaycana ekstradisiyası mümkün olmayacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=128973

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728