Ermənistanda hərbi maşın aşdı
Ermənistanda Müdafiə Nazirliyinə məxsus “Ural” markalı avtomobil qəzaya uğrayıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hərbi maşın Yerevan-Mehri avtomobil yolunun Ararat vilayətindən keçən hissəsində, Sevakavan kəndinin inzibati ərazisində naməlum şəraitdə aşıb.
Bildirilir ki, qəza nəticəsində xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə hüquq mühafizə orqanı nümayəndələri və hərbi polis əməkdaşları cəlb edilib.
Hadisənin baş vermə səbəbləri və sürücünün kimliyi dəqiqləşdirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=129287