Məhkəməyə xərəkdə gətirilən Əbülfəz Bünyatov azadlığa buraxılıb

10.07.2019 - 18:26

 

Nardaran hadisələrinə görə həbs edilən şəxs azadlığa buraxılıb. Onun səhhətində ciddi problem var idi. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” üzrə təqsirləndirilən şəxs qismində müttəhimlər kürsüsünə çıxarılan Əbülfəz Bünyatov azadlığa çıxıb.

Qeyd edək ki, ötən il hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunmuş və Əbülfəz Bünyatov 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Prosesə xərəkdə gətirilən Əbülfəz Bünyatov məhkəmə zalında həbs edilmişdi.

Qeyd edək ki, Ə.Bünyatov daha əvvəllər də həbs edilmiş, səhhətində olan problemə görə azadlığa buraxılmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=129382

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728