6 ayda istehsalatda bədbəxt hadisələr nəticəsində 24 nəfər ölüb

11.07.2019 - 11:21

Bu ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə 3964 şikayət ərizəsi, hüquqi şəxslərdən isə 3 min 106 məktub daxil olub.

Trend-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə “Strateji əməletmə planlaşdırılmasına Beynəlxalq Əmək Təşkilatının yanaşması. Əməyin təftişi və məşğulluq siyasəti” mövzusunda keçirilən konfransda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib.

Nazir müavini qeyd edib ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyi tərəfindən 708 vətəndaş fərdi qaydada qəbul edilib: “6 ay ərzində vətəndaşların 52 min manata qədər gecikdirilmiş sosial ödənişlərin ödənilməsi təmin edilib. Qanunsuz işdən çıxarılmış 77 nəfər isə əvvəlki iş yerlərinə bərpa olunub. Dövlət qurumları və vətəndaşların müraciətləri əsasında 282 hüquq pozuntusu aşkarlanıb. İstehsalatla əlaqəli bədbəxt hadisələrdə 24 nəfər həyatını itirib, 94 nəfər xəsarət alıb”.

Short URL: http://www.cumhuriyyet.net/?p=129424

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728