Neftçalada çimərlikdən qayıdarkən qəzaya düşən 6 nəfərdən biri dünyasını dəyişdi
Ötən gün axşam saatlarında Neftçala rayonunun Müşfiq çimərliyindən qayıdarkən qəzaya uğrayaraq xəsarət almış ailənin üzvlərindən biri xəstəxanada dünyasını dəyişib.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Neftçala rayonu, Bankə qəsəbəsinin 47 yaşlı sakini Şahlar Miraslan oğlu Əmirov həkimlərin səyinə baxmayaraq, aldığı ağır xəsarətlərdən Neftçala Rayon Mərkəzi Xəstəxanasında keçinib.
Xatırladaq ki, dünən saat 21 radələrində rayon sakini, 35 yaşlı Mirzamir Seyidhəsən oğlu Əmirov çimərlikdən qayıdarkən idarə etdiyi “Mercedes-C” markalı , 99-NS-345 dövlət nömrə nişanlı avtomaşının idarəetməsini itirərək onu aşırıb. Nəticədə 6 nəfər xəsarət alıb.
Faktla bağlı araşdıma aparılır.
Emil Məmmədov
Virtualaz.org
* * *22:42
Neftçala rayonunda baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub:
1. 1984-cü il təvəllüdlü Əmirov Mirzamir Seyidhəsən oğlu –sürücü
2. 1985-ci il təvəllüdlü Ağasiyev Tahir Əflatun oğlu
3. 1978-ci il təvəllüdlü Ağayev Amil Qabil oğlu
4. 1972-ci il təvəllüdlü Əmirov Şahlar Miraslan oğlu
5. 1977-ci il təvəllüdlü Əmirov Şahmar Miraslan oğlu
6. 2012-ci il təvəllüdlü Əmirli Miraslan Şahmar oğlu
* * *22:38
Bu gün axşam saatlarnda Neftçala rayonunun ərazisində – çimərlik yerləşən Müşfiq kəndində baş verən qəzada 6 nəfər xəsarət alıb.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə çimərlikdən qayıdan “Mercedes” markalı avtomaşının idarəetməni itirərək aşması nəticəsində avtomaşında Neftçala rayonu Bankə qəsəbəsinin Seyidlər məhəlləsinin bir-birinə qohum olan, biri azyaşlı uşaq olmaqla, 6 nəfər sakini müxtəlif dərəcəli xəsarətlərlə Neftçala Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirlir.
Short URL: http://www.cumhuriyyet.net/?p=129436