Neftçalada çimərlikdən qayıdarkən qəzaya düşən 6 nəfərdən biri dünyasını dəyişdi

11.07.2019 - 12:02

Ötən gün axşam saatlarında Neftçala rayonunun Müşfiq çimərliyindən qayıdarkən qəzaya uğrayaraq xəsarət almış ailənin üzvlərindən biri xəstəxanada dünyasını dəyişib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Neftçala rayonu, Bankə qəsəbəsinin 47 yaşlı sakini Şahlar Miraslan oğlu Əmirov həkimlərin səyinə baxmayaraq, aldığı ağır xəsarətlərdən Neftçala Rayon Mərkəzi Xəstəxanasında keçinib.

Xatırladaq ki, dünən saat 21 radələrində rayon sakini, 35 yaşlı Mirzamir Seyidhəsən oğlu Əmirov çimərlikdən qayıdarkən idarə etdiyi “Mercedes-C” markalı , 99-NS-345 dövlət nömrə nişanlı avtomaşının idarəetməsini itirərək onu aşırıb. Nəticədə 6 nəfər xəsarət alıb.

Faktla bağlı araşdıma aparılır.

Emil Məmmədov

Virtualaz.org

*   *   *22:42

Neftçala rayonunda baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub:

1. 1984-cü il təvəllüdlü Əmirov Mirzamir Seyidhəsən oğlu –sürücü

2. 1985-ci il təvəllüdlü Ağasiyev Tahir Əflatun oğlu

3. 1978-ci il təvəllüdlü Ağayev Amil Qabil oğlu

4. 1972-ci il təvəllüdlü Əmirov Şahlar Miraslan oğlu

5. 1977-ci il təvəllüdlü Əmirov Şahmar Miraslan oğlu

6. 2012-ci il təvəllüdlü Əmirli Miraslan Şahmar oğlu

*   *   *22:38

Bu gün axşam saatlarnda Neftçala rayonunun ərazisində – çimərlik yerləşən Müşfiq kəndində baş verən qəzada 6 nəfər xəsarət alıb.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə çimərlikdən qayıdan  “Mercedes” markalı avtomaşının idarəetməni itirərək aşması nəticəsində avtomaşında Neftçala rayonu  Bankə qəsəbəsinin Seyidlər məhəlləsinin bir-birinə qohum olan,  biri azyaşlı uşaq olmaqla, 6 nəfər sakini müxtəlif dərəcəli xəsarətlərlə Neftçala Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirlir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=129436

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930