Nazirlik Şəkidə xəsarət alan turistlərin son durumu haqda

15.07.2019 - 11:45

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həyətində çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alanların son vəziyyəti barədə açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə olunan Xatirə Ağamalıyevanın (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) vəziyyəti ağır, Elxan Məmmədovun (onurğanın qapalı travması) vəziyyəti isə orta-ağırdır.

Kliniki Tibbi Mərkəzdə müalicə olunan İlkin Məmmədovun (ağır dərəcəli kəllə-beyin travması, sağ ayaqda sınıq), Sara Hasan (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasan (sol incik sümüyünün sınığı), Al Hasan Samirə (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabildir, həyati təhlükələri yoxdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=129461

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728