FHN Sabirabad bazarındakı yanğın barədə

16.07.2019 - 12:42

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 16 iyul tarixində səhər saatlarında quruma Sabirabad şəhərində Mərkəzi bazarın ərazisində yanğın olması barədə məlumat daxil olub.

İlkin məlumata əsasən, yanğın nəticəsində bazarın ərazisində iki mağaza və piştaxtalar 1300 kvadrat metr sahədə yanıb.

Yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib.

Yanğın saat 08:02 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.

Əlavə məlumat veriləcək.

*  *  *08:34

İndicə aldığımız məlumata görə, hadisə yerinə gəlmiş yanğınsöndürənlər tərəfindən alov lokallaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində rayonun ən böyük ticarət şəbəkəsi olan “Əmin Market”in bir mağazası və “Çıraq Market” yanıb. Yanğının ətraf ərazilərdəki ticarət obyektlərinə keçməsinə imkan verilməyib.

Hadisə nəicəsində hər iki ticarət şəbəkəsinə külli miqdarda ziyan dəyib.

Hazırda Sabirabad rayonunun rəhbərliyi də hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.

*   *   *08:17

Bu gün səhər saatlarında Sabirabad rayonunun mərkəzi bazarında yanğın baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, bazarın girişində yerləşən, rayonda ən böyük ticarət şəbəkəsi olan “Əmin market”in mərkəzi ofisinin yerləşdiyi anbardan başlayan yanğın qısa vaxt ərzində ətrafdakı 5-6 mağazaya da keçib.

Yanğınla bağlı elan edilmiş çağırışla Sabirabad və ətraf rayonların yanğınsöndürənləri hadisə yerinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=129559

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728