İki gün əvvəl dənizdə batmış kişinin meyiti aşkarlandı
Iyulun 14-də Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumatan görə, İ.Rəsulzadənən meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
* * *10:18
Bakıda iki nəfər dənizdə boğulub.
“Trend”in məlumatına görə, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki çimərlikdə baş verib.
Bilgəh qəsəbəsi, 12-ci dalan nömrəsiz evdə yaşayan, 1998-ci il təvəllüdlü Qasımzadə Tağı Natiq oğlu və Nəsimi rayonu, 28 may küçəsi, ev 15, mənzil 11-də yaşayan Rəsulzadə İlham Tofiq oğlu dənizdə çimərkən boğulublar. Xilasedicilərin səyi nəticəsində T.Qasımzadə xilas edilsə də, İ.Rəsulzadənin meyitinin axtarışları davam etdirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=129582