Neftçalada 3 gənc suda boğuldu
Bu gün günorta saatlarında Baş Mil-Muğan kanalının Neftçala rayonunda Xəzərə tökülən hissəsində 3 nəfər boğulub.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Yeniqışlaq kəndi ərazisində baş verib. Suda boğulanlar Həsənabad qəsəbə sakinləri-27 yaşlı Şəhriyar Telman oğlu Nəcəfov, 29 yaşlı Fərid Namiq oğlu Babayev və 26 yaşlı Fariz Arif oğlu Alıkişiyevdir.
Hazırda suda boğulanların axtarışları davam etdirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=130157