Bu il 69 nəfər dərmandan zəhərlənib

25.07.2019 - 13:25

“Bu ilin əvvəlindən indiyədək 69 nəfər dərmandan zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzə müraciət edib”.

Bunu APA-ya Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. O bildirib ki, zəhərlənmə halı qeydə alınanlardan 12 nəfəri uşaq olub: “Dərmandan zəhərlənmə ilə bağlı ölüm halı qeydə alınmayıb. Zəhərlənmələr arasında sakitləşdirici, depressiyaya qarşı və yuxu dərmanları üstünlük təşkil edib”.

A.Maqsudov qeyd edib ki, ötən il 121 nəfərdə dərmandan zəhərlənmə halı qeydə alınıb. Onun sözlərinə görə, bu il ərzində 41 nəfər dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı mərkəzə müraciət edib: “Həmin şəxslər qəbul etdikləri dərmanlara həssas olduqlarından allergik təsir göstərib, müayinə olunaraq evə göndəriliblər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=130218

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728