Azərbaycana Rusiya gömrüyündən 2 milyon pul keçirmək istədi

26.07.2019 - 12:16

Krasnoyarsk diyarının sərhəd-keçid məntəqəsindən qanunsuz yolla Azərbaycana külli miqdarda pul keçirmək istəyən Rusiya vətəndaşı saxlanılıb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata əsasən, saxlanılan şəxs üzərindəki külli miqdarda pulu bəyan etməyib.

52 yaşlı şəxs gömrük yoxlamasından keçmək üçün “yaşıl dəhliz”ə keçib. Gömrük müayinəsi zamanı onun üzərindən 19 min dollar, 800 min rubl və 100 Azərbaycan manatı aşkarlanıb. Pulun bir qismini çantada, bir qismini isə gödəkçəsinin və şalvarının ciblərində gizlətməyə çalışıb.

Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 200.1-ci (nağd pul vasitələrinin qaçaqmalçılığı) maddəsinə əsasən cinayət işi başlanılıb. Törətdiyi cinayət əməlinə görə saxlanılan şəxsi iki il həbs cəzası, ya da islah işləri gözləyir. (Virtualaz.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=130271

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728