40 yaşlı Gəncə sakini özünü asaraq intihar edib
Gəncə şəhərində intihar hadisəsi olub.
“Report”un məlumatına görə, hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb.
Şəhər sakini, 1979-cu il təvəllüdlü Sadiq Əsədov yaşadığı evdə özünü tavandan asaraq intihar edib.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır
Short URL: http://www.cumhuriyyet.net/?p=130273