Yevlaxda ağır yol qəzası baş verdi
Yevlax şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 25-də saat 21 radələrində Yevlax şəhərinin ərazisində Zərdab rayon sakini Ə.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yol ayırıcısına vurub və idarəetməni itirdiyindən avtomobil Bərdə rayon sakini T.Vəliyevin idarə etdiyi “OKA” markalı avtomobilə çırpılıb.
Nəticədə, Ə.Əliyevin sərnişini – 50-55 yaşlı kişi hadisə yerində ölüb, hər iki sürücü xəstəxanaya yerləşdiriliblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=130388