Çaqqalın dişlədiyi kişi: “Qəflətən üstümə atıldı” – VİDEO

27.07.2019 - 18:42

Zaqatalada 43 yaşlı kişiyə yırtıcı heyvan hücum edib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, səhər rayonun Mosul kənd sakini Həzrətəli Rəşidov çaqqal dişləməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

H.Rəşidov işə getmək üçün qapıdan küçəyə çıxan zaman çaqqalın hücumuna məruz qalıb. Heyvan onun döş qəfəsinin sol nahiyəsini dişləyərək xəsarət yetirib.

Ona lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulduqdan sonra ambulator müalicə almaq şərtilə evə buraxılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=130501

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930