Narkotik təsirli həblər satmaqda ittiham edilən şəxsin cinayət işi – virus yayırmış

29.07.2019 - 19:46

Güclü təsiredici maddələr satmaqda və ayrı-ayrı şəxsləri immunçatışmazlığı virusuna yoluxdurmada ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1992-ci il təvəllüdlü Hüseynəlizadə Hüseyn İqbal oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Hüseyn Hüseynəlizadə narkotik tərkibli güclü təsiredici həblərin istifadəçisi olub. O, həmçinin ayrı-ayrı şəxslərə həmin həblərin satışını təşkil edib. H.Hüseynəlizadə sonuncu dəfə həb satarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

İttihamda göstərilir ki, Anar Əhmədov adlı şəxs Baş Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsinə müraciət edib. Anar Əhmədov müraciətində Hüseynin narkotik tərkibli dərmanlar satdığını deyib. Polis əməkdaşları Anara pul verərək Hüseyndən dərman almasını istəyiblər. Bu alış-veriş baş tutarkən polis əməkdaşları Hüseyni saxlayıb.

Elan olunmuş ittihamla Hüseyn özünü təqsirli bilməyib. İstintaqda etirafedici ifadə versə də məhkəmədə bunu təsdiqləməyib. Deyib ki, istintaqdakı ifadəsi özünə məxsus deyil.

Məhkəmədə Baş Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşı Ələkbər Cəfərov da ifadə verib. Şahid ittihamda yazılan kimi ifadə verib və təsdiqləyib ki, Anar Əhmədov adlı şikayətçinin dedikləri əsasında əməliyyat keçirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=130694

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930