Voronejdə 102 yaşlı azərbaycanlı veteran vəfat etdi – FOTO

30.07.2019 - 17:50

Rusiyanın Voronej şəhərinin fəxri vətəndaşı olan azərbaycanlı Məmməd Cəbrayılov 102 yaşında vəfat edib.

Bu barədə Rusiya KİV-ləri məlumat verir.

M.Cəbrayılov 1918-ci ildə Bakıda anadan olub. O, Böyük Vətən müharibəsi veteranı, Voronejin müdafiəçisidir.

M.Cəbrayılov Böyük Vətən müharibəsinin başlaması ilə Qara dənizdəki hərbi əməliyyatlarda iştirak edib. Döyüşlərdə üç dəfə yaralanıb. O, Voronej, Ukrayna, Macarıstan, Rumıniya, Çexoslovakiya və Avstriyanın azad edilməsi uğrunda döyüşlərdə iştirak edib.

İki “Qırmızı Ulduz” ordeni, I dərəcəli “Vətən müharibəsi” ordeni, “Döyüş xidmətlərinə görə”, “İgidliyə görə” və bir çox digər medallarla təltif edilib.

M.Cəbrayılov 1963-cü ildən Voronejdə yaşayıb, xalq təsərrüfatında fəal işləyib, ictimai işlərə, gənc voronejlilərin vətənpərvər ruhda böyümələrinə böyük töhfə verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=130858

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728