Rusiyada istixana kompleksində faciə baş verib, 5 azərbaycanlı yanaraq ölüb

31.07.2019 - 20:13

Bu gün səhər saatlarında Rusiyanın Kirov vilayətinin Şabalin rayonunda dəhşətli yanğın qeydə alınıb.

“Report”un Rusiya bürosunun xəbərinə görə, bununla bağlı Kirov vilayətinin istintaq komitəsi məlumat yayıb.

Bildirilir ki, yanğın istixana kompleksində baş verib. Hadisə zamanı dörd nəfər yanaraq ölüb, bir nəfər isə yaralı halda xəstəxanaya çatdırılıb. Onun bədəninin 90 faizini yanıb. Xəstəxanaya çatdırılan yaralı tibb mərkəzində keçinib.

Kirov vilayətində Azərbaycan diasporunun rəhbəri Elnur Hüseynovun veridyi məlumata görə, ölənlərin hamısı azərbaycanlılardır. Onlar 1957, 1965, 1991 və 1996-cı il təvəllüdlü şəxslərdir. Ölənlərdən biri istixananın sabiq rəhbəridir.

2017-ci ildə istifadəyə verilən və ümumi sahəsi iki hektar olan kompleksdə ümumilikdə 20 işçi olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131071

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930