Xəzərin Bakı sahilində 30 yaşlı qadın boğulub, uşaq xilas edilib

03.08.2019 - 20:20

Bakıda daha bir boğulma hadisəsi olub.

“Report”un xəbərinə görə, hadisə Xəzərin Türkan qəsəbəsi ərazisində qeydə alınıb.

Səhiyyə Nazirliyindən “Report”a verilən məlumata görə, hadisə ilə bağlı Təcili tibbi yardıma çağırış saat 15:26-da daxil olub və iki nəfərin suda boğulması bildirilib:

“Həkimlər hadisə yerinə gəldikdə suda boğulanların 5 yaşlı oğlan və 30 yaşlı qadın olması müəyyən olub. Qadın dünyasını dəyişib, uşağı həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub. Ağır vəziyyətdə olan uşaq 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına çatdırılıb. Təcili yardımdan verilən məlumata görə lazımı yardımdan sonra uşağın 3 saylı xəstəxanaya keçirilməsi planlaşdırılır”, – deyə nazirlikdən bildirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131480

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930