Bakı-Qazax yolunda ağır qəza: 2 ölü, 1 yaralı
Bu gün səhər saatlarında Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonunun Şıxlar kəndindən keçən 57-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, yolun kənarında dayanmış, içərisi sərnişinlə dolu olan “Azsamand” markalı minik maşınını arxadan “KamAZ” vurub.
Hadisə nəticəsində minik maşınında olan 2 nəfər- 1 kişi və 1 qadın hadisə yerində dünyasını dəyişib. Ağır xəsarətlər alan daha bir qadın sərnişin isə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=131529