Balaca gimnastımız Budapeştdə daha bir qızıl medala sahib oldu

27.08.2019 - 10:29

9 yaşlı, balaca gimnastımız Mina Abbasova iyun ayında Bakıda keçirilən “Gymkids kuboku 2019” –Bədii Gimnastika üzrə 1-ci açıq beynəlxalq çempionatda qazandığı qızıl medalından sonra
23-25 avqust tarixlərində Macarıstanın Budapeşt şəhərində XIX ənənəvi “Gracia” kuboku uğrunda yarışlarda ölkəmizi layiqincə təmsil edib və sayca 35-ci medalına (13 qızıl, 19 gümüş, 3 bürünc) sahib olub.
Macarıstanla yanaşı, ABŞ, Kanada, Rusiya, Ukrayna, Lüksemburq, Xorvatiya, Slovakiya, Misir, Çexiya, Avstriya, İspaniya, İsrail, Rumıniya, İtaliya, Malayziya, Gürcüstan, Koreya, Braziliyanın milli yığmalarının qatıldığı bu mötəbər yarışlarda
həmyerlimiz Mina Abbasova alətsiz çıxışda rəqiblərini böyük xal fərqi ilə geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və komandasına qələbə sevinci bəxş edib.   Növbəti 2-ci və 3-cü yerlər macar və rus gimnastlarına verilib.
Qeyd edək ki, balaca idmançımız indiyə qədər iştirak etdiyi bütün beynəlxalq  turnirlərdə  parlaq qələbələri ilə yadda qalıb. Onun bu uğurları təkcə öz idman karyerasına deyil, Azərbaycanın idman tarixinə də qızıl hərflərlə yazılmaqdadır.
O, 5 yaşından başlayaraq Macarıstanda fəaliyyət göstərən Beynəlxalq dərəcəli hakim Lyubov Bernat və Inga Mackusun rəhbərlik etdiyi “Rus Rg Sport” klubunun üzvüdür və iştirak etdiyi bütün yarışlarda valideynlərinin işi ilə bağlı ezam olunduqları ölkəni – Macarıstanı təmsil etsə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra klub rəhbərliyinin icazəsi ilə Azərbaycan bayrağı altında çıxış edir.
Balaca gimnastımızın həmişəki kimi ən böyük arzusu ölkəmizi Dünya çempionatlarında və Olimpiya oyunlarında təmsil etmək və üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır.
Uğurlar, Mina!

      

Short URL: http://www.cumhuriyyet.net/?p=132147

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31