Azərbaycandakı dəhşətin TƏFƏRRÜATLARI – qayınatasının evindən …

02.09.2019 - 13:10

Gədəbəydə baş verən silahlı insidentlə bağlı bəzi təfərrüatlar məlum olub.

Rayonun Arısu kənd sakinlərindən Lent.az-a verilən məlumata görə, Əmiraslan Həsənov ailə münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qaynının (Məhəmməd Əliyev) qızı 1985-ci il təvəllüdlü Rüxsarə Vəliyevaya qolundan, onun oğlu 2006-cı il Aqşin Əliyevə isə ayaq nahiyəsindən xəsarət yetirib.

Qeyd edək ki, Əmiraslan Həsənovun qaynı Məhəmməd Əliyev dünyasını dəyişib, həyat yoldaşı İradə Əliyeva isə 1962-ci il təvəllüdlüdür. Onların bu nikahdan iki qızları olub.

Bildirildiyinə görə, mübahisə Rüxsarə Vəliyevanın hazırda yaşadığı ev üzərində düşüb. Belə ki, Ə.Həsənov evdən pay istəyib. Həmin ev isə onun qayınatasınındır. Ev sahibi qayınana İradə Əliyeva hazırda o evdə qızı və nəvəsi ilə birlikdə yaşayır.

Short URL: http://www.cumhuriyyet.net/?p=132221

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31