Şəfəq Ağacanın həbs müddəti uzadılıb

03.09.2019 - 14:18

Narkotik vasitələrin satışında təqsirləndirilən “Bakupress” saytının rəhbəri Şəfəq Ağacanın barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.

APA-nın məlumatına görə,  Xətai Rayon Məhkəməsində vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edib və jurnalistin həbs müddəti 2 ay uzadılıb.

Xatırladaq ki, bu ilin may ayında paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.

Araşdırmalar zamanı saxlanılan qadının “Bakupress” saytının rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=132330

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31