Gəncədə qadını öldürən sürücünün məhkəməsi başlayır

03.09.2019 - 17:52

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən sürücü Turqut Əlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nural Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, məlum qəza hadisəsi bu il mayın 16-da Gəncədə baş verib. Samux rayon sakini, 1992-ci il təvəllüdlü Turqut Əlizadə idarə etdiyi “Toyota Prado” markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən qadını vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. T. Əlizadəyə Cinayət Məcəlləsinin 263-1.3-cü ( yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi ilə ittiham verilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=132363

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31