Azərbaycanda yük maşını qatarla toqquşdu – YENİLƏNİB – FOTOLENT

04.09.2019 - 09:59

Sabirabadda qatarla toqquşan yük maşını İran İslam Respublikasının vətəndaşı, beynəlxalq yükdaşıma həyata keçirən Seyidrəşid Seyidintizara məxsusdur.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, onun idarə etdiyi TIR markalı yük avtomobilinin qatarla toqquşması nəticəsində mşında olan 30-40 tona yaxın püstənin bir hissəsi yola dağılıb.
Qatarların hərəkəti müvəqqəti dayandırılıb.
09:12
Sabirabad rayonunda qatarın iştirakı yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan-İmişli dəmir yolu xəttinin Şirvan-Salyan avtomagistral xətti ilə kəsişdiyi hissədə qeydə alınıb.
Məlumata görə, qoşqulu yük maşını qatarın yoluna çıxıb və yaxınlaşmaqda olan qatarla toqquşub.
Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.
Təfərrüatlar araşdırılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=132381

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31