Qatar maşınla necə toqquşub? – Rəsmi AÇIQLAMA

04.09.2019 - 12:36

Xəbər verdiyimiz kimi, bu gün saat 08 radələrində Osmanlı-Blok Post-51 mənzilinin 52-ci kilometrində yerləşən dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Cümhuriyyət”ə məlumat verən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova bildirib ki, İmişli stansiyasından Şirvan stansiyasına gedən yük qatarı dəmir yolu keçidində hərəkətdəykən lokomotivin xəbərdaredici siqnalına məhəl qoymayaraq, keçidi keçməyə cəhd göstərən İran vətəndaşı Seyid Rəşidin idarə etdiyi “HOWO” yük maşını ilə toqquşub:
“Hadisə nəticəsində yük maşını dəmir yolunun üstünə aşaraq yolu bağlayıb və nəticədə dəmir yolunda qatarların hərəkətində fasilə yaranıb. Hazırda dəmir yolunda qatarların hərəkətinin bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Hadisə zamanı xəsarət alan olmayıb. Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinin pozulması olub”.
N.Bayramova qeyd edib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının və “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları tərəfindən araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=132394

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31