Gürcüstana müalicə üçün getdi, yoxa çıxdı

04.09.2019 - 13:34

Gürcüstana müalicəyə gedən 65 yaşlı qadın itkin düşüb.

Oxu.Az-ın məlumatına görə, hadisə Gəncədə baş verib.

Şəhərin Cavadxan küçəsi, ev 136 ünvanında yaşayan 1954-cü il təvəllüdlü Məmmədova Afaq İslam qızı Gürcüstanda müalicə olunmaq adı ilə özünə aid əşyaları və sənədləri götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə hüquq-mühafizə orqanlarına onun oğlu Abbasov Orxan Suliddin oğlu məlumat verib.

Qadının əlamətləri: boyu 160 sm, dolu bədən quruluşlu, sarıbəniz, saçlarının rəngi qara, gözlərinin rəngi qəhvəyi.

Faktla bağlı araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=132409

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31