Keçmiş məhkum saxlanıldı
Gəncə şəhər sakini avtomobildən mobil telefon oğurladığı üçün saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Cümhuriyyət”ə daxil olan məlumata əsasən, Gəncə şəhər sakini E.Abdullayevə məxsus “VAZ-2107” markalı avtomobildən oğurluq hadisəsi baş verib. Hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini R.Hümbətov Gəncə şəhər Nizami rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Nazirliyin verdiyi məlumata əsasən, R.Hümbətovun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=132415