Paytaxtda bir ailənin üç üzvü yandı – RƏSMİ
Bakının Səbail rayonunda yaşayış binasında baş verən yanğın zamanı, həmin binada yaşayan Sabir Xubanov öz avtomobili ilə oğlu Anar Xubanovu 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirib.
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hər ikisinin xəsarətləri yüngül olduğundan ilkin yardımdan sonra ambulator müalicəyə buraxılıblar.
Bu gün Sabir Xubanovun həyat yoldaşı Zibeydə Xubanova da 5 saylı xəstəxanaya müraciət edib. Xəstəxanadan verilən məlumata görə, Zibeydə Xubanova palataya yerləşdirilib, müalicəsi davam edir.
Qeyd edək ki, Xubanovlar xəstəxanaya özləri müraciət etdiklərindən Təcili Tibbi Yardım briqadasının məlumatında adları qeyd edilməyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=132417