“Qoca” ləqəbli avtoritetlə birgə həbs edilən şəxs məhkəməyə müraciət edib

04.09.2019 - 16:03

Xüsusi təyinatlı vaqondan qaçan və saxlanılması üçün keçirilən əməliyyatda öldürülən “Qoca” ləqəbli Etibar Məmmədovla birgə həbs olunan Məhəmməd Heydərov Ali Məhkəməyə müraciət edib.

APA-nın məlumatına görə, M. Heydərov şikayətində barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Şikayət hakim Tahir Kazımovun icraatına verilib.

İşə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, təqsirləndirilən M.Heydərov 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin qətlində şübhəli bilinərək həbs edilib. Onunla birgə tutulan “Qoca” ləqəbli Etibar Məmmədov məhkəmə dövründə xüsusi təyinatlı vaqondan qaçıb. E.Məmmədov əməliyyat zamanı polisə silahlı müqavimət göstərdiyi üçün məhv edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Heydərov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=132428

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31