Cahangir Hacıyevə AĞIR CƏZA – Hakim hökm oxudu
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmədə hökm oxunub.
APA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyevə əvvəlki cəzası ilə toplanmaqla 16 il 6 ay, Dünyamin XəIilov əvvəlki cəzası ilə toplanmaqla 14 il 6 ay, İsmayıl Hidəyətzadə isə əvvəlki cəzası ilə toplanmaqla 5 il 6 ay azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən şəxslərə isə şərti cəza verilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=132502