“İnterpol” xətti ilə Türkiyədə həbs edilən şəxsə hökm oxunub

05.09.2019 - 17:58

e10e5caf-c1f7-4a48-a544-23449bd292faBakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Haldun Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, H.Hacıyev 5 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü H.Hacıyev dələduzluq və rəsmi sənədləri saxtalaşdırmada təqsirli bilinir. Vətəndaşların şikayətləri əsasında H.Hacıyev barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, lakin o, istintaqdan yayınıb. Daha sonra H.Hacıyev “İnterpol” xətti ilə axtarışa verilib və Türkiyədə saxlanılıb. O, bir müddət sonra Azərbaycana ekstradisiya edilib.

Cinayət işində 5 zərərçəkmiş var.

Short URL: http://www.cumhuriyyet.net/?p=132533

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31