“Kalaşnikov” avtomatı, qumbara ələ keçirildi

07.09.2019 - 10:19

Daxili işlər orqanları tərəfindən qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan “Cümhuriyyət”ə  daxil olan məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz odlu silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən Giləzi qəsəbə sakini Elxan Abbasov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun qəsəbə ərazisində yaşadığı fermaya keçirilən baxış zamanı oradan bir ədəd əl qumbarası, bir ədəd partladıcı, bir ədəd AK-74 markalı avtomat, 56 ədəd patron və iki ədəd sandıqca aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən aşkar olunan əl qumbarası və partladıcı saxlanılması üçün aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib, odlu silah isə hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsinin araşdırılması üçün ekspertizaya təqdim olunub.

İlkin dindirilmə zamanı E.Abbasov silah və döyüş sursatının çay kənarında tapdığını bildirib.

Faktla bağlı Xızı RPŞ-nə cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=132627

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31