“Təxribatla məşğul olmayın, Siyavuş Novruzov mənim dostumdur” — Ziya Məmmədov

07.09.2019 - 16:35

ziyaHakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov uzun illər nazir vəzifəsində işləmiş və istefaya göndərilmiş şəxslərin ünvanına sərt ittihamlar səsləndirib.

Millət vəkili sabiqləri mövqesizlik nümayiş etdirməkdə suçlayıb.

Sfera.az saytı səsləndirilən ittihamlarla bağlı sabiq nəqliyyat naziri Ziya Məmmədovla telefon əlaqəsi yaradıb.

Sabiq nazir qısa açıqlama verməklə kifayətlənərək, səsləndirilən ittihamların ona aid olmadığını bildirib: “Təxribatla məşğul olmayın. Siyavuş Novruzov mənim dostumdur”.

Xatırladaq ki, S.Novruzov eks-nazirlərlə bağlı dosyenin masa üzərində olduğunu deyərək onları xaricdə hakimiyyət əleyhinə fəaliyyət göstərən mühacirləri maliyyələşdirməkdə də ittiham edib.

Bundan əvvəl isə sabiq təhsil naziri Misir Mərdanov Siyavuş Novruzovun ittihamlarının ona aidiyyəti olmadığını demişdi. Ziya Məmmədov “mənə aid deyil” deyən ikinci sabiq nazir oldu.

Elə isə maraqlıdır, “altına milyardlar yığıb”, indi mövqesizlik göstərən sabiq nazirlər hansılardır?

“AzPolitika”

Short URL: http://www.cumhuriyyet.net/?p=132664

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31